Paşinyandan Qareginə: "Dindən uzaqlaşıb..."
18:00 Dünya"Bu bazar günü də Ovanavank monastırında keçiriləcək liturgiyada iştirak edəcəyəm".
Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə paylaşım edərək bildirib.
O, paylaşımında "Ktrich Nersisyanın sensasiyalı xəbəri" başlıqlı video da dərc edib.
Videoda Paşinyan bütün ermənilərin katolikosuna müraciət edərək bunları deyib:
"Erməni Apostol Kilsəsinin kanonik nizamnaməsinə əsasən, Ktriç Nersisyan (II Qreginin əsl adı) bütün ermənilərin katolikosu ola bilməz: o, selibat (evlənməmə) andını pozub və buna görə də ruhani dərəcəsindən uzaqlaşdırılıb. Ruhanilikdən uzaqlaşdırılan kimsə başqalarını uzaqlaşdıra bilməz, buna görə də ata Aram Asatryan Ovanavankda liturgiyanı icra edə bilər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31