Vens: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə sadiqdir- ÖZƏL
29 Oktyabr 15:47 DünyaABŞ vitse-prezidenti Cey Di Vens bildirib ki, Prezident Donald Tramp administrasiyası Ukraynada davam edən münaqişənin həllində əsas diqqəti diplomatik üsullara yönəldir.
Vensin sözlərinə görə, Tramp Rusiya və Ukrayna tərəfləri ilə hər təmasında emosional şüarlardan qaçır, birbaşa mövzunun mahiyyətinə fokuslanır: "O, həmişə soruşur: Əslində nə düşünürsünüz? Fikir ayrılıqları nədən ibarətdir?". Olaylar.az xəbər verir ki, bu fikirləri Vens New York Post qəzetinin Pod Force One podkastında səsləndirib. Amerikalı rəsminin sözlərinə görə, Tramp münaqişənin tezliklə başa çatacağına dair ilkin gözləntilərə malik olsa da, Ukrayna böhranının "barışıq üçün ən çətin məsələyə" çevrildiyini qəbul edib.
Vens iki administrasiyanın yanaşmalarını müqayisə edərək bildirib ki, Bayden dövründə Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfərləri daha çox simvolik jestlərlə - "bayraq yelləmək və hər şeyin əla olduğuna dair mesajlarla" müşayiət olunub, lakin real diplomatik proses baş verməyib.
Onun sözlərinə görə, Tramp hakimiyyətə qayıtdıqdan sonra vəziyyət "kökündən dəyişib" və Vaşinqton Ukrayna münaqişəsində konkret danışıqlar mexanizmlərini önə çıxarmağa başlayıb.