Ukraynada qətliam törədən rus zabit öldürüldü
29 Oktyabr 15:44 DünyaOktyabrın 25-də Ukrayna Baş Kəşfiyyat İdarəsinin keçirdiyi əməliyyat nəticəsində müharibə cinayətlərində iştirak edən 45 yaşlı rusiyalı zabit Venyamin Mazjerin öldürülüb.
Olaylar.az xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
"Rusiya OMON-unun polkovnik-leytenantı Mazjerin Rusiya Milli Qvardiyasının "Obereq" xüsusi təyinatlı dəstəsinin tərkibində Kiyev bölgəsinə hücumda iştirak edib. Bu xüsusi təyinatlı dəstə 2022-ci ilin fevral-mart aylarında Buça və Kiyev bölgəsinin digər şəhərlərində müharibə cinayətləri və soyqırımda iştirak edib", - məlumatda qeyd olunub.
Məlumata görə, Venyamin Mazjerinin idarə etdiyi avtomobil oktyabrın 25-də Kemerovo vilayətində partladılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31