Qazaxıstan-Əfqanıstan forumunda 303 milyon dollarlıq 15 saziş imzalanıb – ÖZƏL

Qazaxıstan-Əfqanıstan Biznes Forumunda iki ölkənin işgüzar dairələrinin və dövlət qurumlarının nümayəndələri ümumi dəyəri 303 milyon dollar olan 15 saziş imzalayıblar. 

Olaylar.az xəbər verir ki, bu barədə "ArbatMedia" məlumat yayıb.

Ticarət Nazirliyinin bildirdiyinə görə, əsas hadisələrdən biri "QazTrade" Ticarət Siyasətinin İnkişafı Mərkəzi ilə "Shymkent Invest - Front Office" arasında memorandumun imzalanması olub. Saziş ölkələr arasında investisiya əməkdaşlığını genişləndirməyə və ticarət əlaqələrini möhkəmləndirməyə yönəlib.

"QazTrade"in məlumatına əsasən, ölkələr arasında 2024-cü ildə əmtəə dövriyyəsi 545,2 milyon dollar təşkil edib. Polad prokatı, yük avtomobilləri və şəkər kimi məhsullar üzrə artım müşahidə olunur.
Forumun əhəmiyyətli nəticəsi "QazTrade" və "Gazanfar" korporasiyası arasında Məzari-Şərifdə tərəfdaşlıq ofisinin yaradılması barədə sazişin imzalanması olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31