Orban: “Ukraynaya mümkün qədər az vəsait ayrılmalıdır”- ÖZƏL

Macarıstanın Baş naziri Viktor Orban Avropada sülh və sabitliyin təmin olunmasına dair öz planını təqdim edib. O, bu çərçivədə Aİ-nin Rusiya və Ukrayna ilə münasibətlərinə dair mövqeyini açıq şəkildə ifadə edib. Olaylar.az xəbər verir ki, Orban sosial şəbəkə X-də yazıb ki, Avropa Rusiya ilə birbaşa danışıqlar aparmalıdır və qitənin təhlükəsizliyi ilə bağlı qərarlarda Avropa dövlətlərinin söz haqqı olmalıdır. Onun sözlərinə görə, Ukrayna Aİ üzvü deyil, strateji tərəfdaş kimi qəbul edilməlidir. "Ukraynaya mümkün qədər az maliyyə ayırın, resursları Avropada saxlayın. Hər bir ölkənin enerji seçimlərinə hörmət edin", - Orban bildirib. Macarıstan hökumət başçısı bundan əvvəl də Aİ liderlərinə ABŞ-ın təcrübəsinə uyğun olaraq Rusiyayla birbaşa danışıqlara başlamağı təklif etmişdi. O, Ukraynanın tələsik şəkildə Avropa İttifaqına qəbul edilməsinə qarşı çıxacağını, Kiyevə həddən artıq maliyyə dəstəyi göstərilməsini dəstəkləməyəcəyini və ölkəsinin Rusiyadan neft və qaz almaq hüququnu qoruyacağını bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31