Pakistan Talibanı hədələdi: Məhv edərik!
29 Oktyabr 13:44 DünyaPakistan Talibanı məhv etməklə hədələyib.
Olaylar.az xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif X hesabında yazıb.
"Taliban rejimini məhv etmək və onları gizlənmək üçün mağaralara qovmaqdan ötrü Pakistanın öz arsenalının kiçik bir hissəsini belə istifadə etməyə ehtiyacı yoxdur", - nazir vurğulayıb.
Qeyd edək ki, Pakistan və Əfqanıstan arasında İstanbulda aparılan danışıqlar uğursuz nəticələnib. (Axar.az)
                Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31            
             
    