Fransa hökuməti xəbərdar edib - muzey və kilsə qarətlərinin artması təhlükəsi var
29 Oktyabr 12:22 DünyaFransa hakimiyyəti ölkənin muzey və kilsələrində cinayətlərin artan təhlükəsi barədə xəbərdarlıq edib.
Olaylar.az bu barədə xarici KİV-ə isitnadən xəbər verir.
RTL-in yerli xüsusi xidmət orqanlarında olan mənbələrindən əldə etdiyi məlumata əsasən, Luvr muzeyində baş verən hadisədən sonra qarət təhlükəsi bütün Fransadakı muzeylərə yayılıb. Mütəxəssislər hesab edirlər ki, xüsusilə qızıl kimi bahalı materiallardan hazırlanmış sənət əsərləri və dəyərli əşyalar daha çox maraq doğurur.
"Fransa muzeyləri, kilsələri və şəxsi kolleksiya sahibləri getdikcə daha çox cinayətlərin hədəfinə çevrilirlər".
Xatırladaq ki, oktyabrın 19-u səhər saatlarında Luvr muzeyinə hücum edilib. Quldurlar "Apollon qalereyası"na daxil olaraq doqquz zərgərlik məmulatını oğurlayıblar. Artıq imperatriçə Evgeniyanın - III Napaleonun həyat yoldaşının tacı tapılıb, eksponat sındırılmış vəziyyətdə küçədə aşkar edilib. (Trend)