Paşinyan hökumətində təmizləmə əməliyyatı – iqtidaryönlü məmurlar kütləvi şəkildə istefaya göndərilir

Ermənistanda hökumət daxilində kütləvi istefalar və ixtisarlar gözlənilir. 

Olaylar.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, baş nazir Nikol Paşinyan yaxın günlərdə iqtidaryönlü məmurlar arasında genişmiqyaslı "təmizləmə kampaniyasına" start verməyə hazırlaşır.

"Iravnuk" qəzetinin Baş nazirin Administrasiyasındakı mənbələrə istinadən yazdığına görə, artıq işdən azad ediləcək məmurların siyahısı təsdiqlənib və ilk addımların yaxın günlərdə atılması planlaşdırılır.

Mənbələr bildirir ki, seçkilər yaxınlaşdıqca dövlət qulluğunda çalışanlar üçün vəziyyət gərginləşir - hər bir məmur istənilən anda vəzifəsini itirə bilər.

Analitiklər hesab edir ki, Paşinyanın bu addımı öz siyasi komandasını yeniləmək və seçkilər ərəfəsində nəzarəti gücləndirmək məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31