Etirazçılar Donald Trampla Cənubi Koreya lideri arasında keçirilən sammiti pozmağa cəhd ediblər- ÖZƏL

Olaylar.az xəbər verir ki, Koreyanın Yonhap agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Trampa qarşı aksiya keçirən etirazçılar Kyoncudadakı ABŞ-Cənubi Koreya sammitinin gedişini pozmağa cəhd ediblər. Hadisə Tramp ilə Cənubi Koreyanın prezidenti Li Cae Myon arasında keçiriləcək görüşdən əvvəl baş verib. Təxminən 70 nəfərlik etirazçı qrupu görüşün keçiriləcəyi Milli Muzeyin ərazisinə doğru irəliləməyə çalışıb. Onlar polis kordonu arxasından təxminən 100 metr məsafəni keçərək əraziyə yaxınlaşıblar. Etirazçılar "Trampa yox!" yazılmış plakatlar daşıyıblar.
Məlumata görə, aksiya zamanı polis ilə etirazçılar arasında fiziki qarşıdurma yaşansa da, xəsarət alan olmayıb. Hadisə görüş başlamazdan əvvəl nəzarətə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31