Lukaşenko Rusiya ilə sərbəst hərəkət sazişinə dəyişiklikləri təsdiqlədi- ÖZƏL

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə vətəndaşların sərbəst hərəkəti, yaşayış və qalmaq yerinin seçilməsi ilə bağlı bərabər hüquqları təmin edən sazişə dəyişiklikləri nəzərdə tutan protokol layihəsini təsdiqləyib. Olaylar.az xəbər verir ki, məlumat ölkənin milli hüquqi internet portalında dərc olunmuş fərmanda yer alıb. Sənədə əsasən, Lukaşenko Belarus Daxili İşlər Nazirliyinə protokol layihəsi üzrə Rusiya tərəfi ilə danışıqlar aparmağa səlahiyyət verib. Nazirliyə həmçinin danışıqlar zamanı prinsipial mahiyyət daşımayan dəyişiklikləri layihəyə daxil etmək və razılıq əldə olunduğu halda protokolu imzalamaq icazəsi verilib.
Dəyişikliklər Belarus və Rusiya arasında 24 yanvar 2006-cı ildə imzalanmış, vətəndaşların iki ölkə ərazisində sərbəst hərəkəti və yaşayış yerinin seçilməsi hüquqlarını tənzimləyən mövcud sazişin yenilənməsini nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31