ABŞ-də "Johnson&Johnson" şirkəti autizm yaradan preparata görə məhkəməyə verildi
10:36 DünyaABŞ-nin Texas ştatının rəhbərliyi "Johnson&Johnson" (J&J) korporasiyasını və onun bölməsi olmuş "Kenvue" şirkətini "Tylenol" preparatının uşaqlarda autizmin inkişafı ilə əlaqəsi haqqında həqiqəti gizlətməkdə ittiham edib.
Olaylar.az bu barədə "Kommersant" nəşrinə istinadən xəbər verir.
Texasın baş prokuroru Ken Pekstonun iddia ərizəsində deyilir ki, şirkətlər "Tylenol" (asetaminofen) preparatının hamilə qadınlar tərəfindən qəbul edilməsi üçün təhlükəsiz kimi təbliğ ediblər.
Eyni zamanda, iddiada vurğulanır ki, elmi tədqiqatlar qadınlar tərəfindən erkən hamiləlik mərhələsində asetaminofenin qəbulu ilə onların uşaqlarında autizmin inkişafı arasında birbaşa əlaqəni göstərib.
Texas hökumətu "Kenvue" və J&J-dən iddiada göstərilən 11 qanun pozuntusunun hər biri üçün 10 min dollar ödəməyi, həmçinin bundan sonra "Tylenol"un qablaşdırmasında autizm riski barədə xəbərdarlıq yerləşdirməyi tələb edir. (Oxu.az)