Lavrov Şoltsun “Şimal Axını” ilə bağlı reaksiyasını tənqid edib– ÖZƏL
14 Yanvar 2025 14:45 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Almaniya kansleri Olaf Şoltsu "Şimal Axını" və "Şimal Axını-2" qaz kəmərləri üzərində baş verən terror hücumlarına münasibətdə susqun davranmaqda ittiham edib. Lavrov bildirib ki, Şolts "utanaraq və susaraq kənara çəkildi" və bu hadisəyə heç bir reaksiya vermədi.
Nazir həmçinin vurğulayıb ki, Almaniya ABŞ-nin maraqlarına tabe olaraq öz maraqlarını bir kənara qoyur. Lavrov əlavə edib ki, ABŞ, xüsusilə "Şimal Axını"na qarşı olan bu hücumlarla, "Türk Axını"nı zəiflətməyə çalışır və bu məqsədlə Ukraynanı bu addım atmağa təşviq edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31