Suriyadakı yeni rəhbərlikdən Türkiyəyə ilk səfər - Bu tarixdə...

Suriya ilə diplomatik əlaqələr Əsəddən sonrakı yeni dövrdə sürət qazanıb.

Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, Suriyanın yeni administrasiyasına daxil olan xarici işlər naziri Əsəd Şibani müdafiə naziri Mirhaf Əbu Kisra və kəşfiyyat direktoru Enes Hattabın sabah Türkiyəyə rəsmi səfər edəcəyi bildirilib.

Bu səfər iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Danışıqlar zamanı gündəmin ən mühüm məsələlərindən birinin Suriyanın şimalındakı terror təhlükəsi olacağı gözlənilir. Türkiyənin PKK-YPG terror təşkilatına qarşı əməliyyatdan əvvəl Dəməşq hökumətinin rəsmiləri ilə böyük əməliyyatın təfərrüatlarını müzakirə edəcəyi də gözlənilir.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan son açıqlamasında "Ya ölkəmizə tuşlanan o silahlar basdırılacaq, ya da silahını Türkiyəyə tuşlayanlar basdırılacaq. Bundan başqa üçüncü yol yoxdur" ifadələrdən istifadə etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31