Alisa Vaydel: “Almaniya artıq xarici ordu üçün silah anbarına çevrilib” – ÖZƏL
14 Yanvar 13:48 DünyaAlmaniyanın "Almaniya Üçün Alternativ" partiyasının lideri Alisa Vaydel, ölkənin Müdafiə naziri Boris Pistorusunu tənqid edərək, Almaniyanın xarici ordu üçün silah anbarına çevrildiyini bildirib.
Olaylar.az xəbər verir ki, o, sosial şəbəkə X-də yayılan açıqlamasında, "Pistorus Ukraynaya ən müasir artilleriyanı göndərir, amma Bundesverin əlləri boş qalır. Almaniya, xarici münaqişələr üçün material anbarı olmamalıdır", - deyə qeyd edib.
Qeyd edək ki, sağçı "AdG" partiyasının üzvü Alisa Vaydel, qarşıdan gələn seçkilərdə ölkənin federal kansleri vəzifəsi üçün öz partiyasından namizəd olub. Almaniya seçkiləri 2025-ci ilin fevralında keçiriləcək, iştirakçılar arasında hazırkı kansler Olaf Şolts və Xristian Demokrat İttifaqı partiyasının rəhbəri Fridrix Merts də var. Həmçinin, Vaydel əvvəlcədən keçirilən sorğularda liderdir.