Rusiyanın çıxışı BMT-də Britaniya diplomatını qəzəbləndirdi– ÖZƏL

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Dmitri Polyanski bildirib ki, Təhlükəsizlik Şurasının qeyri-rəsmi toplantısında Rusiya tərəfinin çıxışı Britaniyanın nümayəndəsi Barbara Vurvordu hiddətləndirib.

Olaylar.az xəbər verir ki, Polyanskinin sözlərinə görə, Rusiya tərəfi təqdim etdiyi sənədlərlə bəzi hərbi cinayətləri və nasizmə dəstəyi ifşa edib. Xüsusilə, İkinci Dünya müharibəsi zamanı britaniyalıların ölümünə səbəb olan SS bölmələrinin təbliğatı ilə bağlı faktlar britaniyalı diplomatı əsəbiləşdirib.

Rusiya nümayəndəsi qeyd edib ki, Britaniya bu tarixə dair qaranlıq səhifələri unutmağa çalışır.

Əvvəlki toplantıda Britaniya tərəfi Ukraynaya dəstək məqsədilə "Azov" batalyonunun keçmiş üzvü Valeri Qorişnini dəvət etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31