Rusiya Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ehtimalından danışıb - ÖZƏL
14 Yanvar 13:21 DünyaƏgər Qrenlandiya Birləşmiş Ştatların tərkibinə daxil olarsa, o zaman Vaşinqton Arktika zonasında ciddi geostrateji bonuslara sahib olacaq.
Olaylar.az xəbər verir ki, bunu Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Andrey Klimov bildirib. Senator adanın Amerikaya mümkün birləşdirilməsindən belə danışıb.
"Mənim fikrimcə, bu mövzuda hələ ki, rəsmi olaraq çox şey söyləməyə ehtiyac yoxdur. Beynəlxalq hüquq var. Əgər Qrenlandiya məsələsində hər şey beynəlxalq hüquq çərçivəsindədirsə, bu, Qrenlandiya, Danimarka və ABŞ arasında olan məsələdir. Bizim Vətən üçün o qədər vacib məsələlər var ki, mən yenə də onların üzərində dayanardım", - Klimov qeyd edib.
Eyni zamanda senator bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiyanın ilhaqı məsələsinə ciddi yanaşır.