Kreml Trampın Putinlə görüş planına münasibət bildirdi– ÖZƏL
14 Yanvar 2025 12:48 DünyaOlaylar.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiyadan sonra Rusiya lideri Vladimir Putinlə tezliklə görüşməyi planlaşdırdığına dair bəyanatını şərh edib.
"Bu mövzuda hər hansı yeni məlumat yoxdur ki, əlavə şərh verilsin", - deyə Peskov jurnalistlərin sualını cavablandırıb.
Xatırladaq ki, Reuters agentliyi Trampın yanvarın 20-də keçiriləcək inauqurasiyadan dərhal sonra Putinlə görüşmək istədiyini bildirmişdi. Lakin görüşün dəqiq tarixi hələ açıqlanmayıb.
Qeyd edək ki, Tramp 2024-cü ilin 5 noyabrında keçirilən ABŞ prezident seçkilərində Demokrat Partiyasının namizədi Kamala Harrisi məğlub edərək qələbə qazanıb. O, dəfələrlə Ukraynadakı münaqişənin həllində iştirak etmək niyyətini vurğulayıb.