Trаmpın andiçmə mərasimində “Village People” çıxış edəcək– ÖZƏL
14 Yanvar 2025 11:32 DünyaOlaylar.az xəbər verir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində Village People qrupu məşhur YMCA mahnısını canlı ifa edəcək. Tədbirdə həmçinin kovboy-rap ifaçısı Kid Rock da çıxış edəcək.
Tramp 20 yanvarda 47-ci ABŞ prezidenti kimi vəzifəyə başlayacaq.
Xatırladaq ki, Yeni il gecəsi Tramp və İlon Mask Mar-a-Lago iqamətgahında YMCA mahnısı altında rəqs etmişdilər.
Tramp andiçmədən sonra Rusiya prezidenti Vladimir Putinlə tezliklə görüşməyi planlaşdırdığını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31