Parlamentin tualetlərində Miladdan sonra narkotik izləri tapılıb– ÖZƏL
13 Yanvar 16:30 DünyaOlaylar.az xəbər verir ki, Finlandiya parlamentinin tualetlərində Milad korporativindən sonra narkotik maddələrin izləri tapılıb. Bu barədə Yle kanalı xəbər verir.
Jurnalistlərin məlumatına görə, laboratoriya analizi nəticəsində narkotik izləri üç tualetdə aşkarlanıb. Yle-nin məlumatına görə, nümunələr parlamentin bir neçə mərtəbəsindən toplanıb və laboratoriya nəticələri üç həftə sonra gəlib.
Tədqiqatı kanalın özü aparıb və məqsəd parlamentin narkotik istifadəsi ilə bağlı qanun layihələrinin müzakirə edildiyi məkanlarda narkotik izlərinin olub-olmamasını müəyyən etmək olub.
Bu arada, Yle, laboratoriya məlumatlarına istinadən bildirir ki, narkotik maddələrin istifadəsi yalnız parlament binasının tualetlərində deyil, həmçinin Milad bayramı günü baş vermiş ola bilər.