Türkiyə kəşfiyyatı Reyhanlı terror aktını törədənlərdən birini saxlayıb
13 Yanvar 14:09 DünyaTürkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) 2013-cü ildə Reyhanlı rayonunda terror aktı törədənlərdən biri - Məhəmməd Dib Koralı saxlayıb.
Olaylar-ın xəbərinə görə, bu barədə "TRT Haber" məlumat yayıb
Xatırladaq ki, 2013-cü il mayın 11-də Türkiyənin Hatay bölgəsinin Reyhanlı rayonunda törədilən iki ayrı-ayrı terror aktı nəticəsində 53 nəfər həyatını itirmiş, çoxlu sayda mülki şəxs yaralanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31