Bu, mənim üçün böyük şərəfdir - İsrailin Azərbaycana təyin edilən yeni səfiri
13 Yanvar 2025 11:22 Dünyaİsrailin Azərbaycana yeni təyin edilən səfiri Ronen Kraus təyinatı ilə bağlı "X" sosial şəbəkəsində paylaşım edib.
Olaylar xəbər verir ki, paylaşımda bildirilir:
"Rəsmi olaraq İsrailin Azərbaycan Respublikasına növbəti səfiri təyin olunmağım mənim üçün böyük şərəfdir".
Qeyd edək ki, R.Kraus bu vəzifəyə ötən gün təyin edilib. Daha öncə o İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin direktoru vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31