ABŞ diplomatından Ukrayna münaqişəsi ilə bağlı açıqlama– ÖZƏL
13 Yanvar 2025 10:20 DünyaOlaylar.az xəbər verir ki, Rusiyanın Vyana üzrə daimi nümayəndəsi Mixail Ulyanov bildirib ki, ABŞ postnümayəndəsi Viktoriya Kennedi Ukrayna münaqişəsini "mənasız" adlandırıb. Lakin Kennedi, ABŞ və Britaniyanın 2022-ci ilin aprelində münaqişənin nizamlanmasına niyə mane olduğunu şərh etməyib.
Ulyanov qeyd edib ki, bu fikir MAQATE-nin İdarə Heyətinin son sessiyasında səslənib və Britaniya tərəfi də məsələyə reaksiya verməkdən çəkinib. Diplomat daha əvvəl ABŞ-nin bu münaqişədən iqtisadi mənfəət əldə etdiyini, Avropa ölkələrinin isə itkilərə məruz qaldığını bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31