Ukrayna Rusiyaya PUA-larla hücum etdi - yaralılar var

Rusiya Ukraynanın Rusiyanın bir sıra bölgələrinə pilotsuz təyyarələrlə hücum etdiyini bildirib.

Bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, Tambov vilayətində iki yaşayış evinə hücum edilib və azı üç nəfər yaralanıb.

Regional rəhbəri Yevgeni Pervışov "Telegram" platformasında deyib ki, dronların Moskvadan təxminən 480 kilometr cənub-şərqdə yerləşən Kotovsk şəhərində iki evə düşməsi ilə pəncərələrin sınması nəticəsində yaralanan şəxslərə tibbi yardım göstərilib.

O bildirib ki, binalar yüngül zədələnib, sakinlərə müvəqqəti yaşayış yeri təklif olunub və evakuasiya tələb olunmayıb.

O həmçinin əlavə edib ki, üç nəfərdə sınmış pəncərələrin qırıqları olub, daha dörd nəfər isə yüksək qan təzyiqindən şikayətlənib./APA 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31