Zelenski Ukraynanın arzusunu dilə gətirdi

"Ukraynanın arzusu təhlükəsizlik zəmanəti almaq və 2025-ci ildə Rusiya ilə müharibəyə son qoymaqdır. Bunun reallaşması üçün lazım olan hər şey ediləcək".

Olaylar xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın "RaiNews24" telekanalına müsahibəsində deyib.

Onun fikrincə, Ukraynanın yenidən müharibəyə imkan verməyəcək təhlükəsizlik zəmanətlərinə ehtiyacı var.

Qeyd edək ki, daha öncə Zelenski Ukraynanın bu il müharibəni bitirmək üçün əlindən gələni edəcəyini deyib. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31