"Ukrayna ordusunun Kursk istiqamətindəki hərbi əməliyyatlarına 60 min nəfərlik şəxsi heyət cəlb edilib".
Olaylar bildirir ki, bunu "RAI News 24" telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.
O əlavə edib ki, Avropa və ABŞ-dən olan tərəfdaşlar ordunun Kursk istiqamətində hərbi əməliyyatlara başlayacağı barədə məlumatlandırılıb.