Rusiya: Qərb Ukrayna ilə danışıqları illərlə imitasiya edib – ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna üzrə danışıqların 2025-ci ildə başlanması ilə bağlı şərhində, bu prosesin əslində 2014-cü ildən bəri davam etdiyini, lakin Qərb ölkələrinin sadəcə iştirak görüntüsü yaratdığını bildirib. 

Olaylar.az xəbər verir ki, diplomat bu fikirləri jurnalistlərlə keçirilən brifinqdə səsləndirib.

Xatırladaq ki, CNN telekanalı ABŞ-nin hazırkı prezidenti Co Baydenin administrasiyasının bəyanatına istinad edərək, Ukrayna hakimiyyətinin ABŞ-dəki seçkilərin nəticələrindən asılı olmayaraq, 2025-ci ildə Moskva ilə danışıqlara hazırlaşdığını qeyd edib.

Eyni zamanda, Ukraynanın prezidenti Vladimir Zelenski 2025-ci ildə Rusiya ilə danışıqlara başlama ehtimalını nəzərdən keçirdiyini açıqlayıb. Lakin Zelenski Qərb ölkələrinə müraciət edərək, "Ramştayn" formatında daha çox silah dəstəyi tələb edib.

Rusiya hakimiyyəti isə Ukrayna ilə danışıqlardan heç vaxt imtina etmədiyini bəyan edib. Buna baxmayaraq, Rusiya Prezidenti Vladimir Putin birbaşa xətt zamanı çıxışında bildirib ki, Ukraynada hakimiyyət qeyri-legitimdir və buna görə də sülh müqaviləsi imzalamaq üçün qarşı tərəf yoxdur. Hazırda Moskva ilə Kiyev arasında sülhün şərtləri və ya ilkin razılaşmalar mövcud deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31