Avropa qaz böhranı astanasında: Ukrayna tranzit razılaşmasını uzatmır – ÖZƏL

Avropa Ukraynanın Rusiya qazının tranziti üzrə müqaviləni uzatmamaq qərarından sonra iflas dalğası ilə üzləşə bilər. Artıq enerji resurslarının qiyməti rekord həddə - hər kubmetr üçün 500 dollara çatıb və bu rəqəmin daha da artacağı gözlənilir. 

Olaylar.az xəbər verir ki, bu barədə RIA Novosti xəbər yayıb.

"Tranzit dayandırıldıqdan sonra Avropa üzrə illik 15 milyard kubmetr qaz çatışmazlığı yaranacaq ki, bu da qitənin illik qaz tələbatının təxminən beş faizini təşkil edir. Məsələn, Slovakiyanın qaz ehtiyatı cəmi 100 günə - istilik mövsümünün sonuna qədər çatacaq," - deyə Milli Enerji Təhlükəsizliyi Fondunun sədr müavini Aleksey Qrivaç bildirib.

Slovakiyanın Baş naziri Robert Fico vəziyyətin ciddiliyini başa salmaq üçün digər Avropa siyasətçilərini inandırmağa çalışır. O, artıq Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşərək tranzitin dayandırılması məsələsini müzakirə edib. Fico, həmçinin, Ukrayna prezidenti Vladimir Zelenskiyə xəbərdarlıq edərək, əgər qaz müqaviləsi yenilənməsə, Ukraynaya maliyyə yardımını bloklayacağını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31