Tramp Rusiyaya qarşı sanskiyaları ləğv edə bilər - KİV

Avropa İttifaqının rəsmiləri ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ağ Evə gəlişindən sonra sələfi Co Baydenin Rusiyaya qarşı imzaladığı fərmanları və tətbiq etdiyi sanskiyaları ləğv edəcəyindən ehtiyat edir.

Olaylar xəbər verir ki, bu barədə "The Financial Times" məlumat yayıb.

Məlumata görə, Avrokomissiyanın rəsmi nümayəndələri Rusiya əleyhinə sanksiyaların Avropa İttifaqı üçün mümkün fəsadlarını hazırda təhlil etməkdədir.

Onlar Trampın həmin sanksiyaları saxlayacağına ümid edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31