"Ermənistan bu sammitdə iştirak etməyəcək"
19:11 DünyaErmənistanın xarici işlər naziri Ararat Mirzoyan noyabrın 28-də Astanada keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində iştirak etməyəcək.
Olaylar qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Armenpress" agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT Təhlükəsizlik Şurasının xarici işlər nazirləri, müdafiə nazirləri və katibləri komitəsinin birgə iclasında iştirak etməyəcək", - o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31