Putin ABŞ-ın qlobal səhnədə özünü rahat hiss etməsinə imkan vermir - ÖZƏL

Olaylar.az xəbər verir ki, Türkiyənin hökumətyönlü " Sabah " qəzetinin köşə yazarı Melih Altınokun fikrincə, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın regionda və bütün dünyada rahat davranmasına mane olur.

"Bu bir faktdır ki, əgər Putin olmasaydı, ABŞ bizim regionda və dünyada daha rahat olardı. Məsələn, Rusiyanın Suriyadakı mövcudluğu zaman-zaman Türkiyənin maraqları ilə ziddiyyət təşkil etsə də, ABŞ və onun nəzarətində olan Xalq Müdafiə Birliklərinin effektivliyini azaldan amildir" - o, deyib.

O, həmçinin Putini "pandemiya zamanı Ümumdünya Səhiyyə Təşkilatına təslim olmadığına" və virusla mübarizədə millətin öz siyasətini yürütdüyünə görə tərifləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31