Türkiyədə məsciddə qətl - İmam öldürüldü

Adanada məscid imamı bıçaqlanaraq öldürülüb.

Olaylar Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Yüreğir rayonunun Fət Əhməd Məscidində baş verib. Məscid imamı Tarık Karadağ naməlum səbəbdən 16 yaşlı gənc tərəfindən bıçaqlanıb.

Xəbərdarlıq üzərinə polis və sağlamlıq qrupları məscidə sövq edilib. Ağır yaralanan imamı aparıldığı xəstəxanada edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Qaçmağa çalışan gənc saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31