Saakaşvilinin sosial şəbəkə paylaşımı dünyanın diqqət mərkəzində
9 Noyabr 2024 17:58 DünyaGürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkə paylaşımı ilə dünya ictimaiyyətinin diqqətini cəlb edib.
Olaylar.az Baku TV-yə istinadən xəbər verir ki, Saakaşvili Donald Trampın ABŞ prezidentliyinə namizədlik məsələsi ilə bağlı ona verdiyi sualı paylaşaraq maraqlı bir anı xatırlayıb.
"2013-cü ildə, artıq prezidentlikdən sonra Nyu-Yorkda olanda Maykl Koen mənə zəng edib, Donald Trampın danışmaq istədiyini söylədi və telefonu ona verdi. Tramp məndən soruşdu: chr("39")Hardasan?chr("39") Mən də cavab verdim: chr("39")Nyu-Yorkdayam, gəlmək istəyirsənsə, görüşək.chr("39") O, mənə söz verdi ki, Uilyamsburqda məni ziyarət edəcək. Həmçinin, məndən soruşdu: chr("39")Mişa, mənim yenidən prezidentliyə namizədliyimi irəli sürməyim barədə nə düşünürsən?chr("39") Cavabım belə oldu: chr("39")Siz mənim bu mövzu ilə bağlı fikrimi bilirsiniz, artıq dəfələrlə danışmışıq və hesab edirəm ki, çox yaxşı şansınız var.chr("39") O isə dedi: chr("39")Bildiyimə görə, ətrafımda heç kim mənim şansım olduğuna inanmır.chr("39") Mən onu ruhlandırdım və dedim: chr("39")Onlara inanma.chr("39") Sonra isə o, Maykla dedi: chr("39")Görürsən, mən sənə demişdim, Mişa da deyir ki, mənim şansım var,chr("39")" - Mixeil Saakaşvili bildirib.
Qeyd edək ki, Donald Tramp 2016-cı il seçkilərində qalib gəlib, 2020-ci ildə isə məğlub olub. Buna görə də Saakaşvilinin 2013-cü ildən olan xatirəsi və Trampın "yenidən namizədliyimi irəli sürməyimə necə baxırsan?" sualı qarışıqlıq yaradır. Əlavə olaraq, Tramp ilk dəfə 2000-ci ildə prezidentliyə namizədliyini irəli sürmüşdü.