Rusiya qüvvələri Lipetsk vilayəti üzərində pilotsuz təyyarələri vurub - ÖZƏL
13 May 2024 10:43 DünyaRusiya hərbçiləri Lipetsk vilayətində pilotsuz uçuş aparatlarının qarşısını alıblar, elektrik stansiyasının ərazisində baş vermiş yanğın aradan qaldırılır.
Olaylar.az xəbər verir ki, bunu qubernator İqor Artamonov bildirib.
"Stanovninski rayonu ərazisində pilotsuz təyyarələr vurulub. Hadisə yerində xüsusi xidmət orqanları işləyir. Tələfat yoxdur. Elektrik stansiyasının ərazisində baş verən yanğın söndürülür", - o, deyib.
Moskva vaxtı ilə səhər saat 3:49-da (GMT 0:49) Lipetsk vilayətində hava hücumu xəbərdarlığı elan edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31