Uçan binanın qalıqları altında 15 cəsəd tapıldı
13 May 2024 10:28 DünyaRusiyanın Belqorod şəhərində binanın uçması nəticəsində dağıntılar altında qalan şəxslərin axtarış-xilasetmə işləri başa çatıb.
Olaylar xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bu barədə məlumat qurumun "Telegram" kanalında yer alıb.
Ümumilikdə dağıntılar altından 15 nəfərin cəsədi çıxarılıb, 17 nəfər isə xilas edilib.
Xatırladaq ki, mayın 12-də Ukrayna ordusu Rusiyanın Belqorod şəhərində yerləşən binaya raket zərbəsi endirib, nəticədə binanın bir hissəsi uçub. (Redaktor.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31