Bu ölkədə 5,2 bal gücündə zəlzələ oldu

İndoneziya sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Olaylar xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Manado şəhərindən 127 km cənub-qərbdə olub. Yeraltı təkanların ocağı 272 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31