Putinin mövqeyi zəifdir, Krımı qaytarmaq olar
26 Fevral 2024 14:40 DünyaPutinin Krımdakı mövqeyini zəifdir və Qərbin Ukraynaya lazımi silahlarla dəstək verməyə davam edəcəyi təqdirdə yarımadanın geri qaytarılması tamamilə realdır.
Olaylar.az bildirir ki, bu sözləri Böyük Britaniyanın sabiq baş naziri Boris Conson "Avropian Pravda"ya ("European Pravda") müsahibəsində deyib.
"Görünür, hamı Putinin Krımdan heç vaxt imtina etməyəcəyini düşünürdü. Ona görə də fikirləşdik ki, gəlin Ukraynaya quru körpüsünü geri qaytarmağa kömək etməyə çalışaq. Amma indi Krımın qaytarılması realdır! Putinin Krımdakı mövqeyi zəifdir.
Əgər infrastruktura, logistikaya nəzər salsanız, Ukrayna Silahlı Qüvvələri üçün böyük imkanlar var. Həqiqətən də insanların Krım haqqında düşüncə tərzində dəyişiklik olub", - o bildirib. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31