Krımda daha 77 ukraynalı fiziki və hüquqi şəxsin əmlakı milliləşdirilib - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

"Krımın Dövlət Şurasının (regional qanunverici orqanın) üzvləri Ukraynanın maraqları naminə fəaliyyət göstərən daha 77 hüquqi və fiziki şəxsin əmlakının milliləşdirilməsi üçün hərəkətə keçiblər".

Olaylar.az xəbər verir ki, bunu şuranın rəhbəri Vladimir Konstantinov bildirib.
"Krımda Rusiyaya qarşı təxribat fəaliyyəti ilə məşğul olan daha 77 qurum və fiziki şəxsin əmlakı milliləşdirilib. Dövlət Şurasının üzvləri qiyabi səsvermə yolu ilə müvafiq qərarı qəbul ediblər. Siyahıya 1150-yə yaxın daşınar və daşınmaz əmlak daxildir. Bununla belə, siyahı daha çox maddələrlə yenilənəcək" - Konstantinov bildirib.
Xüsusilə, Krımın bir sıra kurort obyektlərinə məxsus əmlaklar, Mariupolda yerləşən İliç Polad Zavodunun Krımdakı aktivləri, aqrobiznes müəssisələri və banklar, o cümlədən Ukrayna Dövlət Əmanət Bankı, həmçinin idman və reabilitasiya mərkəzləri milliləşdirilib.
"Əhəmiyyətli olan odur ki, milliləşdirilmiş əmlak obyektləri ilə bağlı çoxlu irimiqyaslı, perspektivli layihələr var. Əminəm ki, bizim - rusiyalı iş adamları bu və digər əmlaklara maraq göstərəcəklər. Bundan başqa, bizə və ölkəmizə qarşı qeyri-dost hərəkətlər edən şəxslərin əmlakı da milliləşdirilib. Bunlara Krımda tanınmış şəxslər, yəni Pinçuk və Sençenko daxildir" - o, qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31