KXDR tərəfindən buraxılan raketin qitələrarası olduğu ehtimal edilir - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Yaponiya hökumətindəki mənbə NHKyə bildirib ki, Şimali Koreyanın atdığı ballistik raket, ehtimal ki, qitələrarası raketdir.
Mənbəyə görə, raketin maksimal hündürlüyü 6000 km-i keçə bilər. Raket yüksək trayektoriya üzrə buraxılıb.
Yaponiya Müdafiə Nazirliyi raketin Hokkaydo sahillərindən təxminən 20 km aralıda yerləşən Okuşiri adasından 250 km qərbə düşəcəyini gözləyir. Bu ərazi Yaponiyanın müstəsna iqtisadi zonasından kənarda yerləşir. İlkin məlumata görə, raket artıq yerə düşüb. Yaponiya Sahil Mühafizəsi bölgədəki gəmiləri raket parçalarına yaxınlaşmamağa və bu barədə agentliyə məlumat verməyə çağırır.
Yaponiyanın baş naziri Fumio Kişida təhlükəsizliyi təmin etmək və xalqı bütün lazımi məlumatlarla təmin etmək barədə göstəriş verib. Baş nazirin sözlərinə görə, bütün məlumatlar təsdiqləndikdən sonra Milli Təhlükəsizlik Şurası toplanacaq.
2023-cü ildə Pxenyan bir neçə qitələrarası ballistik raketlər də daxil olmaqla 20-yə yaxın raket buraxıb. Noyabrın 21-də Şimali Koreya da ilk kəşfiyyat peykini orbitə çıxarıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31