Ukrayna SQ baş komandanının otağını təmizləyənlər elə bir şey aşkar etdi ki...
18 Dekabr 2023 14:40 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general Valeri Zalujnının kabinetində dinləmə cihazı aşkar edilib.
Olaylar.az bildirir ki, Ukrayna mətbuatı bu barədə hərbi dairələrdəki mənbəyə istinadən məlumat verib.
Qeyd olunur ki, dinləmə cihazı generalın otağı növbəti iş gününə hazırlanarkən aşkar edilib.
Mütəxəssislər bildiriblər ki, aşkarlanan məlumat oxuyan qurğular quraşdırıcını müəyyən etməyə imkan verməyən naməlum tipli elementlərdən hazırlanıb.
Hələlik Ukrayna tərəfi məsələni şərh etməyib. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31