İran Xəzər dənizində vahid əməkdaşlıq təşkilatının yaradılmasına çağırıb

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Beş Xəzəryanı ölkə arasında əməkdaşlıq üçün vahid təşkilat yaratmaq lazımdır.

Olaylar.az-ın verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçirilən görüşündə deyib.

"Xəzərdə beştərəfli əməkdaşlıq prosesini sürətləndirmək lazımdır. Biz həmçinin əminik ki, bütün qərarlar beş Xəzəryanı ölkənin konsensusu və razılığı ilə qəbul edilməlidir. Xəzər dənizini dostluq simvoluna çevirmək üçün, tərəqqi və inkişaf üçün kollektiv qarşılıqlı əlaqələri gücləndirməliyik. Biz "strukturlaşma yolu ilə getməliyik. Bu kontekstdə Xəzərdə əməkdaşlığın bütün sahələrini idarə və nəzarət edə bilən bir katibliyin və ya bir təşkilatın yaradılması imperativdir.", - deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31