Finlandiya Ukrayna üçün artilleriya sursatları istehsalına başlayacaq - ÖZƏL
5 Dekabr 2023 12:56 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
"Finlandiya Ukrayna üçün artilleriya sursatlarının istehsalına başlayacaq".
Olaylar.az xəbər verir ki, bunu Finlandiyanın müdafiə naziri Antti Hakkanen bildirib.
O, istehsalla bağlı qərarın dekabrın 25-də, çox yaxında veriləcəyini diqqətə çatdırıb.
"Məqsəd Ukraynanı indidən daha çox dəstəkləməkdir. Eyni zamanda, biz Finlandiya və Şimali Avropa ölkələrinin sursat istehsalına hazırlığını daha da artıracağıq", - Hakkanen deyib.
Noyabrda Finlandiya hakimiyyəti Kiyevə təxminən 100 milyon avro dəyərində 20-ci hərbi yardım paketi təqdim edəcəklərini açıqlamışdı. Ümumilikdə Helsinki Ukraynanın hərbi ehtiyacları üçün təxminən 1,5 milyard avro ayırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31