Xəzəryanı ölkələrin XİN görüşündə Fələstin mövzusu əsas müzakirə mövzularından biri olacaq - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Fələstin məsələsi Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə əsas müzakirə mövzularından biri olacaq. 

Olaylar.az  xəbər  verir  ki  bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Moskvaya gələrkən deyib.

"Əlbəttə ki, Fələstin məsələsi görüş iştirakçıları və xüsusən də ev sahibi Rusiya ilə danışıqlarımızda əsas məsələlərdən biri olacaq. Biz şəhər sakinlərinə qarşı törədilmiş soyqırım və müharibə cinayətlərinin dərhal dayandırılması yollarını müzakirə edəcəyik. Qəzza zolağı və İordan çayının qərb sahili, həmçinin Qəzzaya davamlı humanitar yardımın təmin edilməsi və onun sakinlərinin məcburi köçkünlüyünün qarşısının alınması məsələləri müzakirə ediləcək" - o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31