Finlandiya və Böyük Britaniya dəniz qüvvələri Baltik dənizində təlimlər keçirir - ÖZƏL
5 Dekabr 2023 11:55 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Olaylar.az xəbər verir ki Finlandiya Müdafiə Qüvvələrinin bəyanatında deyilir ki, Finlandiya dəniz və sahil mühafizə qüvvələri dekabrın 4-5-də Böyük Britaniya və Estoniya ilə Baltik dənizi regionunda dənizaltı infrastrukturun mühafizəsi üzrə birgə hərbi təlimlər keçirir.
Açıqlamaya görə, təlimlərin məqsədi dənizaltı infrastrukturun müşahidəsi və mühafizəsi qabiliyyətini inkişaf etdirmək və dənizaltı hərbi təhdidləri dəf etməkdir.
Müdafiə Komandanlığının Əməliyyatlar rəisinin köməkçisi, komandir Janne Huusko bəyan edib ki, NATO-nun hərbi-dəniz qüvvələrinin mövcudluğunu artırması dənizaltı infrastrukturun nəzarəti və mühafizəsini gücləndirmək üçün bir tədbirdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31