BMT Rusiyanın kosmosda silahların yerləşdirilməməsinə dair qətnaməsini qəbul edib - ÖZƏL

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Olaylar.az  xəbər  verir  ki  Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası plenar iclasında Rusiyanın kosmosda silahların yerləşdirilməməsinə dair qətnamə layihəsini qəbul edib.
"Silahların kosmosa ilk yerləşdirilməsi qadağandır" adlı qətnaməni 127 ölkə dəstəkləyib, 50 ölkə əleyhinə, 6 ölkə isə bitərəf qalıb. Sənədin həmmüəllifi Belarus, Çin, Kuba, Şimali Koreya və Misirdir.
Qətnamə bütün dövlətləri, xüsusən də kosmik potensiala malik olan dövlətləri kosmosda silah yerləşdirən ilk dövlət olmamaq üçün siyasi öhdəlik götürmək variantını nəzərdən keçirməyə çağırır.
O, həmçinin Rusiya və Çin tərəfindən hazırlanan və 2008-ci ildə Silahsızlaşdırma Konfransı zamanı təqdim edilən layihə əsasında kosmosda silahların yerləşdirilməsinin qarşısının alınmasına dair saziş layihəsi üzərində işin tezliklə başlanmasına çağırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31