Türkiyə Rumıniyaya hava patrul xidməti üçün "F-16" qırıcıları göndərib

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Türkiyə Qara dəniz sahilləri yaxınlığında NATO-nun hava patrullarını həyata keçirmək üçün ilk dəfə Rumıniyaya bir qrup "F-16" qırıcıları göndərib.

Olaylar.az bildirir ki, bu barədə NATO Hava Komandanlığı (AIRCOM) məlumat yayıb.

"NATO-nun Rumıniyadakı hava patrulu missiyasına Almaniya və Türkiyənin əlavə qırıcı təyyarələr göndərməsini alqışlayıram", - deyə NATO-nun rəsmi nümayəndəsi vəzifəsini icra edən Dilan Uayt bildirib.

Artıq dörd təyyarə noyabrın 30-da Rumıniyanın Feteşti yaxınlığındakı Borça aviabazasına çatıb. Alyans həmçinin vurğulayıb ki, Türkiyənin F-16-ları "Qara dəniz sahili boyunca NATO hava məkanını qorumaq və potensial hava təhdidlərinin qarşısını almaq" üçün Rumıniya və Alman qırıcıları ilə birlikdə patrul edəcək. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31