Vaşinqtonun yaxınlığında güclü partlayış olub - VİDEO

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində yaşayış binasında güclü partlayış baş verib.

Olaylar.az xəbər verir ki, bundan bir qədər əvvəl polis axtarış aparmaq üçün evə gəlib.

Polis Arlinqton dairəsində bir evdə məşəl tapançasından açılan atəşlə bağlı məlumatı araşdırırdı. Onlar yaxınlaşanda ev sakini "bir neçə dəfə atəş açıb" və qısa müddət sonra partlayış olub. Polis hadisənin başvermə şəraitini araşdırır.

Evə gələn polis əməkdaşları "yüngül xəsarətlər" alıblar və xəstəxanaya yerləşdirməyə ehtiyac duymayıblar. Hadisə yerinə yanğınsöndürənlər gəlib.

Qeyd edək ki, Arlinqton dairəsi paytaxt Vaşinqtonun yaxınlığındadır. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31