Niger Aİ ilə hərbi əməkdaşlığı LƏĞV ETDİ

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Niger Avropa İttifaqının (Aİ) Niameydə missiyasının yerləşdirilməsi üçün verdiyi icazəni ləğv edərək, Aİ ilə hərbi əməkdaşlığı ləğv etdi.

Olaylar.az trend-ə istinadən bildirir ki, bu barədə "Reuters" agentliyi ölkənin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən bildirib.

Aİ-nin "EUCAP Sahel Niger" missiyası 2012-ci ildə yaradılmışdır. Avropa İttifaqının xarici siyasət xidmətinin məlumatına görə, onun məqsədi Nigerin daxili təhlükəsizlik sektorunu və müxtəlif təhdidlərə qarşı mübarizə qabiliyyətini gücləndirməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31