Rusiya Federasiyası aktual qlobal problemlərin həllində iştirakını davam etdirəcək - ÖZƏL
4 Dekabr 2023 21:10 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünya problemlərinin həllinə töhfə verməkdə davam edəcək.
Olaylar.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin xarici dövlətlərin səfirlərinin etimadnaməsini təqdimetmə mərasimində deyib.
"<...> biz aktual regional və qlobal problemlərin həllinə töhfə verməyə davam edəcəyik <...>", - Putin qeyd edib.
O, haqsız rəqabət və sanksiyaların təsirinə məruz qalmayan ədalətli beynəlxalq iqtisadi münasibətlər sisteminin formalaşdırılmasının zəruriliyinə diqqət çəkib. Putin vurğulayıb ki, Rusiya humanitar və mədəni sahələrdə xarici tərəfdaşlarla əməkdaşlığı genişləndirəcək.
Rusiya lideri 2024-cü ilin martında Soçidə 180-dən çox ölkədən nümayəndənin iştirakı ilə Ümumdünya Gənclər Festivalının keçiriləcəyini bəyan edib. O, Kazanda klassik və e-idmanı birləşdirəcək innovativ "Gələcəyin Oyunları"na da fəal hazırlıq işlərinin aparıldığını açıqlayıb.
Dekabrın 4-də Putin Böyük Kreml Sarayının Aleksandr zalında Böyük Britaniya, Almaniya, İsveç və digər ölkələrin yeni gəlmiş səfirlərinin etimadnaməsini qəbul edib.
Bundan əvvəl Peskov Rusiyanı güclü ölkə adlandırıb.