Ermənistanda qızılcaya yoluxanların sayı açıqlandı
4 Dekabr 2023 14:13 DünyaXəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun
Ermənistanda qızılcaya yoluxma hallarının laboratoriya tərəfindən təsdiqlənmiş sayı 513-ə çatıb.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.
"Bu həftə 4 nəfər xəstəxanaya yerləşdirilib. 336 xəstə artıq evə buraxılıb", - məlumatda deyilir.
Qeyd edilib ki, xəstəliyə yoluxanlardan 365-i uşaqdır. (Report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31