Matvienko: dövlət abortları qadağan etmək fikrində deyil
4 Dekabr 2023 14:23 DünyaFederasiya Şurasının sədri Valentina Matvienko bildirib ki, dövlət qadınlara abort etdirməyi qadağan etmək niyyətində deyil. Eyni zamanda, o, abort xidmətlərinin gizli edilməsinə icazə verilməməli olduğunu vurğuladı.
Olaylar.az xəbər verir ki, "Mən tam əminəm ki, heç bir qadağalar, heç bir təşviqat, heç bir təzyiq, bu sahədə qanunvericiliyin kriminallaşdırılması bu problemi həll edə bilməz. Dövlət isə bu yola əl atmayacaq", - deyən xanım Matvienko qadın harada - özəl və ya dövlət klinikasında abort etdirəcəyini seçmək hüququndan məhrum edilməməlidir sözünü də əlavə edib.
Federasiya Şurasının sədri qeyd edib ki, bu cür məhdudiyyətlər qadın ölümünün artmasına və qeyri-qanuni xidmətlər bazarının inkişafına səbəb olur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31